Yuxarı

Sayalı Sadıqova: "Ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşib"

Ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşib
© Report — Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova

Bakı. 25 dekabr. REPORT.AZ/ "Son dövrlərdə ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşib".

Bunu "Report"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadiqova deyib.

Onun sözlərinə görə, bunun səbəbi son zamanlar dünyaya çıxış imkanlarının asanlaşması, Azərbaycanda xarici kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsidir: "Belə şəraitdə dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, bütün dünyaya yayılmış müraciət etmək imkanı olan onlayn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi, o cümlədən, interaktiv forumlar vasitəsilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsi mühüm vəzifələrdən hesab olunur". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi