Sayalı Sadıqova: "Ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşib"

Sayalı Sadıqova: "Ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşib" Bakı. 25 dekabr. REPORT.AZ/ Son dövrlərdə ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşib.
Daxili siyasət
25 Dekabr , 2018 12:18
Sayalı Sadıqova: Ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşib
Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova / Report

Bakı. 25 dekabr. REPORT.AZ/ "Son dövrlərdə ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşib".

Bunu "Report"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadiqova deyib.

Onun sözlərinə görə, bunun səbəbi son zamanlar dünyaya çıxış imkanlarının asanlaşması, Azərbaycanda xarici kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsidir: "Belə şəraitdə dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, bütün dünyaya yayılmış müraciət etmək imkanı olan onlayn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi, o cümlədən, interaktiv forumlar vasitəsilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsi mühüm vəzifələrdən hesab olunur". 

Son xəbərlər

Orphus sistemi