Milli Məclisin komitə sədrlərinə və deputatlarına yeni hüquq verilir

Milli Məclisin komitə sədrlərinə və deputatlarına yeni hüquq verilir Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
8 Dekabr , 2015 15:17
Milli Məclisin komitə sədrlərinə və deputatlarına yeni hüquq verilir

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) komitə sədrlərinə parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsi təklif edilir. "Report"un xəbərinə görə, bu məsələ MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.

Hazırkı nizamnaməyə əsasən, Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.

İclasda həmçinin deputatlara eyni anda iki komitənin üzvü olmaq hüququnun verilməsi də təklif edilib.

Dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.   

Son xəbərlər

Orphus sistemi