Yuxarı

Milli Məclisin komitə sədrlərinə və deputatlarına yeni hüquq verilir

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) komitə sədrlərinə parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsi təklif edilir. "Report"un xəbərinə görə, bu məsələ MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.

Hazırkı nizamnaməyə əsasən, Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.

İclasda həmçinin deputatlara eyni anda iki komitənin üzvü olmaq hüququnun verilməsi də təklif edilib.

Dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi