Milli Məclisin iki komissiyasının tərkibi təsdiqlənib

Milli Məclisin iki komissiyasının tərkibi təsdiqlənib Bununla bağlı məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb
Daxili siyasət
1 Fevral , 2017 12:09
Milli Məclisin iki komissiyasının tərkibi təsdiqlənib

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin İntizam komissiyasının və Hesablayıcı komissiyasının tərkibi təsdiq edilib.

"Report" xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Parlamentin komissiyalarının tərkibində dəyişiklik edilməyib.

Belə ki, qanunverici orqanın İntizam Komissiyasında əvvəlki tərkib - deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə təmsil olunacaq.

Hesablayıcı Komissiyaya isə Fəttah Heydərov, Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Orucov, Mixail Zabelin daxildir.

Son xəbərlər

Orphus sistemi