Bakı. 15 may. REPORT.AZ/ İqtidar-müxalifət görüşünün detalları açıqlanıb. “Report”un məlumatına görə, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, ötən dəfələrdən fərli olaraq bu gün keçirilən görüşün gündəliyinə siyasi partiya sədrlərinin təklifi ilə cari məsələri də daxil edilib: "Təkcə müzakirəyə çıxarılan məsələlərə baxmadıq, siyasi partiya sədrlərini və onların tərəfdarlarını narahat edən bəzi məsələləri də gündəliyə saldıq. Xüsusən siyasi partiya sədrləri bir qrup məhbusun azad olması ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanladılar. Bundan başqa partiyaların maddi təminatı, qərargah məsələsini, bank kreditləri və digər sosial məsələləri müzakirə etdik".
Ə.Həsənov bildirib ki, Yay Avropa Oyunları Azərbaycan xalqına lazımdır: "Bu oyunlar imkan verir ki, Azərbaycan özünün mədəniyyətini, milli dəyərlərini, ictimai-siyasi vəziyyətini, iqtisadi inkişafını dünyaya çatdırsın".
Xatırladaq ki, görüşdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri