Əli Həsənov iqtidar-müxalifət görüşünün detallarını açıqlayıb

Əli Həsənov iqtidar-müxalifət görüşünün detallarını açıqlayıb Partiya sədrlərinin razılığı ilə görüşün gündəliyinə cari məsələr də daxil edilib
Daxili siyasət
15 May , 2015 12:37
Əli Həsənov iqtidar-müxalifət görüşünün detallarını açıqlayıb

Bakı. 15 may. REPORT.AZ/ İqtidar-müxalifət görüşünün detalları açıqlanıb. “Report”un məlumatına görə, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, ötən dəfələrdən fərli olaraq bu gün keçirilən görüşün gündəliyinə siyasi partiya sədrlərinin təklifi ilə cari məsələri də daxil edilib: "Təkcə müzakirəyə çıxarılan məsələlərə baxmadıq, siyasi partiya sədrlərini və onların tərəfdarlarını narahat edən bəzi məsələləri də gündəliyə saldıq. Xüsusən siyasi partiya sədrləri bir qrup məhbusun azad olması ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanladılar. Bundan başqa partiyaların maddi təminatı, qərargah məsələsini, bank kreditləri və digər sosial məsələləri müzakirə etdik". 

Ə.Həsənov bildirib ki, Yay Avropa Oyunları Azərbaycan xalqına lazımdır: "Bu oyunlar imkan verir ki, Azərbaycan özünün mədəniyyətini, milli dəyərlərini, ictimai-siyasi vəziyyətini, iqtisadi inkişafını dünyaya çatdırsın". 

Xatırladaq ki, görüşdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abdullayev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Sosial Rifah Patiyasının sədri, deputat Xanhüseyn Kazımlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli və Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə iştirak edib.

Son xəbərlər

Orphus sistemi