Ədliyyə naziri Xızıda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Xızıda vətəndaşları qəbul edəcək Qəbul iyulun 9-da Xızı rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək
Daxili siyasət
6 İyul , 2015 17:32
Ədliyyə naziri Xızıda vətəndaşları qəbul edəcək

Bakı. 6 iyul. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov iyulun 9-da Xızıda vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbulda Xızı, Siyəzən və Şabran rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul Xızı rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək.

Məlumatda bildirilib ki, vətəndaşlar qəbula Sumqayıt regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyinin [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Xızı rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi