Yuxarı

Ədliyyə naziri Xızıda vətəndaşları qəbul edəcək

Qəbul iyulun 9-da Xızı rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək

Bakı. 6 iyul. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov iyulun 9-da Xızıda vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbulda Xızı, Siyəzən və Şabran rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul Xızı rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək.

Məlumatda bildirilib ki, vətəndaşlar qəbula Sumqayıt regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyinin contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Xızı rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi