Yuxarı

Ədliyyə işçilərinə müalicə üçün birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək

Fikrət Məmmədov əmr imzalayıb
© Report

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsiz qaydada veriləcək.

“Report”un xəbərinə görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, qaydanın 3-cü (Müavinətin ödənilməsi) maddəsinin 2-ci bəndindən “nağd” sözü çıxarılıb. Yəni ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsız qaydada ödəniləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi