Ədliyyə işçilərinə müalicə üçün birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək

Ədliyyə işçilərinə müalicə üçün birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək Fikrət Məmmədov əmr imzalayıb
Daxili siyasət
12 Dekabr , 2017 15:37
Ədliyyə işçilərinə müalicə üçün birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək
Report

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsiz qaydada veriləcək.

“Report”un xəbərinə görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, qaydanın 3-cü (Müavinətin ödənilməsi) maddəsinin 2-ci bəndindən “nağd” sözü çıxarılıb. Yəni ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsız qaydada ödəniləcək.

Son xəbərlər

Orphus sistemi