DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən şəxsin adı açıqlanıb

DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən şəxsin adı açıqlanıb DİN-in mətbuat xidməti açıqlama verib
Daxili siyasət
25 Yanvar , 2017 09:17
DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən şəxsin adı açıqlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən məlumat verilib.

"Həmin vəzifənin icrası mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova tapşırılıb", - deyə, DİN-dən bildirilib.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi