Milli Məclis deputatının səlahiyyətlərinə xitam verilib

Milli Məclis deputatının səlahiyyətlərinə xitam verilib Asəf Hacıyev bununla bağlı MSK-ya müraciət edib
Daxili siyasət
7 Yanvar , 2015 16:08
Milli Məclis deputatının səlahiyyətlərinə xitam verilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

"Report" xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda digər məsələlərlə yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına (QDİƏT PA) baş katib seçilən Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılıb.

Məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. Qeyd edilib ki, A.Hacıyev prosedura uyğun olaraq MSK-ya müraciət edib.

A.Hacıyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi