Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
"Report" xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda digər məsələlərlə yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına (QDİƏT PA) baş katib seçilən Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılıb.
Məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. Qeyd edilib ki, A.Hacıyev prosedura uyğun olaraq MSK-ya müraciət edib.
A.Hacıyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.