Yuxarı

Baş Nazir Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı nazirliklərə tapşırıq verib

Baş Nazir Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi

Baş Nazir Novruz Məmmədov “Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli 1318 nömrəli sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, Mədəniyyət Nazirliyinə Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılması ilə bağlı təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək; Təhsil Nazirliyi icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verilməsi ilə bağlı təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Təhsil Nazirliyinə Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli 1318 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsis edilən adlı təqaüdün verilməsi qaydasının layihəsini 1 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bu Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinə həvalə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi