Azərbaycan Prezidenti Parisdəki qətliamla bağlı fransalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti Parisdəki qətliamla bağlı fransalı həmkarına başsağlığı verib "Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik"
Daxili siyasət
14 Noyabr , 2015 09:28
Azərbaycan Prezidenti Parisdəki qətliamla bağlı fransalı həmkarına başsağlığı verib

"Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik"

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda başsağlığı verib. "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin başsağlığı məktubunda deyilir: 

"Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Son xəbərlər

Orphus sistemi