Yuxarı

Azərbaycan Prezidenti Parisdəki qətliamla bağlı fransalı həmkarına başsağlığı verib

Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik

"Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik"

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda başsağlığı verib. "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin başsağlığı məktubunda deyilir: 

"Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi