"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz Vağzalı” (Gare maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışı olub.
Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru
Anar Ələkbərov Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunu prezidenti
“Bir neçə gün əvvəl Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyada ölkəmiz üçün çox mühüm bir qərar qəbul edildi. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu gün Kann şəhərində təqdim edilən sərgidə də məhz Şəki xalçaçılıq məktəbi təqdim olunur. Fondun iki ildən çox müddətdəki zəhmətinin bəhrəsi olan bu sərgidə Xalq rəssamı Eldar Mikayılzadənin Azərbaycan xalçalarının Şəki qrupundan olan 13 xalça və xalça eskizləri nümayiş olunur”, - deyə A.Ələkbərov vurğulayıb. O, sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən sərgilənən xalçaları ərsəyə gətirən toxuculara, Kann şəhər meriyasının əməkdaşlarına təşəkkürünü bildirib.
Kannda artıq ənənəyə çevrilmiş Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətinə toxunan Frank Şıkli bildirib ki, mədəniyyət xəzinəmizin yaxından tanınmasını təşviq edən belə layihələr hər iki xalqın daha da yaxınlaşmasına, ikitərəfli münasibətlərin zənginləşməsinə töhfə verir. O, ölkəmizdə qədim köklərə malik ənənəmizin qorunub saxlanılmasına göstərilən qayğı və diqqətin şahidi olduğunu bildirib. Frank Şıkli Bakının ənənə və innovasiyaların vəhdəti olduğunu vurğulayıb.
Qeyd edək ki, “Dəniz vağzalı” pavilyonunda təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgidə xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin Şəki qrupuna aid 13 xalça eskizi, onların əsasında toxunan xalçalar və texniki rəsmlər nümayiş etdirilir. E.Mikayılzadə yeni Şəki qrupuna aid xalça eskizlərində Şəki Xan Sarayı və Şəkixanovlar evindəki divar rəsmlərinə, şəbəkələrə müraciət edib.
Avqustun 18-dək davam edəcək sərgi çərçivəsində bu layihəyə həsr edilmiş fransız və ingilis dillərində kataloq ziyarətçilərə təqdim olunacaq. Sərgiyə baxmağa gələn Kann şəhərinin sakinləri və turistləri layihənin hazırlanmasına dair sənədli filmlə də tanış ola biləcəklər.