Azərbaycanlı rəssamların əl işləri Parisin Luvr muzeyinin Karusel salonunda “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində nümayiş etdirilir.
"Report"un Fransa bürosu məlumat verir ki, 24-cü “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamlarımızdan Əsmər Nərimanbəyova, Məryəm Ələkbərli, Ziba Əliyeva, Səfrəndə Məmmədova, Sahib Əsədli və digərlərinin əsərləri yer alıb.
Azərbaycanlı rəssamların əl işləri rəsm həvəskarlarının böyük marağına səbəb olub. Rəng, üslub müxtəlifliyi ilə yanaşı, mövzu baxımından da zəngin olan azərbaycanlı rəssamların əsərlərində zəngin milli irsimizdən nümunələr öz əksini tapıb. Əl işlərində samovar, qədim milli qablarımız, Novruz xonçası, şəkərbura, paxlava, səməni, buta və sair əks olunub.
“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi mayın 26-dək davam edəcək.