"Volkswagen" satış həcminə görə dünya lideri olub

"Volkswagen" satış həcminə görə dünya lideri olub Almaniya konserni əvvəlki lider "Toyota"nı qabaqlayıb
Sənaye
30 Yanvar , 2017 16:35
Volkswagen satış həcminə görə dünya lideri olub

Bakı. 30 yanvar. REPORT.AZ/ Yaponiyanın "Toyota" konserni avtomobillərin satış həcminə görə dünya liderliyini Almaniyanın "Volkswagen" brendinə təhvil verməli olub. "Report" xəbər verir ki, bu barədə "BBC" yazıb.

Rəsmi hesabata görə, 2016-cı ildə "Toyota" şirkəti 10,175 mln. maşın satıb. Bu, 2015-ci illin göstəricisindən 0,2% çoxdur. Bu rəqəmlər təkcə "Toyota" avtomobil markasını deyil, həm də "Hino Motors" yük maşınları, "Daihatsu" və "Lexus" modellərini də əhatə edir.

"Volkswagen" isə 2016-cı ildə satış həcmini 3,8%-dək artıraraq, 10,310 mln. avtomobil sata bilib. Bununla da, dizel qalmaqalına görə zərər çəkmiş alman konserni dünyada ən iri avtomobil istehsalçısı olub.

"Volkswagen" konserni "Audi", "Bentley", "Bugatti" və "Lamborghini" kimi lüks avtomobil brendləri ilə yanaşı, "Skoda", "Seat" və digər markaları istehsal edir.

"Bloomberg" yazır ki, "Toyota"nın ötən il ilk növbədə ABŞ olmaqla, ən iri xarici satış bazarlarında markalarının satış həcmi azalıb. "Volkswagen" isə əksinə, Çindəki satışı artırıb.

Lakin bununla belə, hər iki şirkət ABŞ-ın yeni prezidenti Donald Trampın proteksionist siyasətinin güclənməsi sayəsində zərərlə üzləşə bilər.

Son xəbərlər

Orphus sistemi