Ukraynada qızıl yatağı aşkar edilib

Sənaye
  • 19 yanvar, 2018
  • 10:34
Ukraynada qızıl yatağı aşkar edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Ukraynanın Zakarpat vilayətinin Raxovsk rayonunda qızıl yatağı aşkar edilib.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Geologiya və Mineral resurslar üzrə Dövlət Xidməti məlumat yayıb.

Geoloqların hesablamalarına görə, yatağın ehtiyatları 2,4 ton həcmində qiymətləndirilir.

44 - Tezliklə