Türkmənistanda istehsal olunan propileninin növbəti partiyası Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə çatdırılıb.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container"dən bildirilib.
Məlumata görə, propilenin yükləndiyi 40 konteynerdən ibarət blok qatarın “Türkmənbaşı-Mersin” marşrutu üzrə operatoru Azərbaycanın “ADY Konteyner”, Gürcüstanın GR Logistics və Türkiyənin Pasifik Eurasia Lojistik şirkətləridir.
40 və 45 futluq konteynerlər Türkmənbaşı limanından Bakıya operatoru “Azərbaycan Dəmir Yolları “ QSC-nin törəmə şirkəti olan ADY Konteyner” olan “Balkan” fider gəmisi ilə çatdırılıb. Konteynerlər Ələt Limanında aşırıldıqdan sonra, platformalara yüklənərək Türkiyəyə yola salınıb.
Qeyd edək ki, bu, Türkmənistan propilenini Türkiyəyə daşıyan üçüncü konteyner blok qatarıdır. Digər blok qatarlar da hər biri 40 və 45 futluq olmaqla 40 konteynerdən ibarət olub.