Yuxarı
    Bağlamaq

    SOCAR Türkiyəyə 4,4 min tona yaxın polipropilen ixrac edib

    Bakı. 26 dekabr. REPORT.AZ/ "SOCAR Polymer"in Polipropilen zavodunda istehsal olunmuş 4 400 tona yaxın polipropilen Türkiyəyə yola salınıb.

    “Report” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkədəki səhifəsində məlumat yayılıb.

    Bildirilib ki, ilin sonuna qədər daha 6 000 ton polipropilen ixrac olunacaq.

    Xatırladaq ki, bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen Zavodunun açılışı olub.

    Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda genişçeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır.

    Polipropilenin ixracına oktyabrın 5-dən başlanılıb. Məhsulun satışını “SOCAR Trading” şirkəti həyata keçirir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi