“Subaru” avtomobil istehsalını azaldacaq

“Subaru” avtomobil istehsalını azaldacaq Korporasiya yarımkeçiricilərin çatışmazlığı səbəbi ilə ölkədəki fabriklərindən birində, eləcə də ABŞ-ın İndiana ştatındakı müəssisəsində istehsalını azaltmağa qərar verib
Sənaye
222
14 Yanvar , 2021 11:24
“Subaru” avtomobil istehsalını azaldacaq

Yaponiyanın avtomobil istehsalçısı olan “Subaru” korporasiyası yarımkeçiricilərin çatışmazlığı səbəbi ilə ölkədəki fabriklərindən birində, eləcə də ABŞ-ın İndiana ştatındakı müəssisəsində istehsalını azaltmağa qərar verib.

“Report” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu qərar azı yanvarın sonunadək qüvvədə olacaq.

Bundan əvvəl qlobal yarımkeçirici çatışmazlığı səbəbi ilə Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” Texasdakı zavodunda istehsalı azaltmağa başlayıb, “Honda Motor” və “Nissan Motor” müvafiq olaraq Yaponiyanın Mie və Kanaqava prefekturalarındakı müəssisələrdə avtomobil istehsalını azaldıb.

“Honda Motor” həmçinin Kanada, Çin və ABŞ-dakı müəssisələrində də istehsalın azaldılmasını nəzərdən keçirir.

NHK telekanalının məlumatına görə, yarımkeçirici çatışmazlığı bir çox ölkədə mobil rabitənin beşinci nəsil sistemlərə köçürülməsi ilə əlaqədar bu məhsullara tələbin kəskin artması ilə əlaqədardır. Pandemiya şəraitində məsafədən işləmək məsələsi daha da aktuallaşdığından fərdi kompüterlərin və oyun konsollarının istehsalı da artıb ki, bu da əlavə yarımkeçiricilər tələb edir.

Son xəbərlər

Orphus sistemi