"SOCAR Polymer" mayda polipropilen zavodunu istismara verəcək

"SOCAR Polymer" mayda polipropilen zavodunu istismara verəcək Yüksək sıxlıqlı polietilen istehsalı qurğusunun isə oktyabr ayında istismara verilməsi gözlənilir
Sənaye
29 Noyabr , 2017 10:24
SOCAR Polymer mayda polipropilen zavodunu istismara verəcək
“SOCAR-Polymer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov / Report/ Firi Salim

Bakı. 29 noyabr. REPORT.AZ/ "SOCAR Polymer" layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan polipropilen istehsalı qurğusunun 2018-ci ilin may ayında, yüksək sıxlıqlı polietilen istehsalı qurğusunun isə oktyabr ayında istismara verilməsi gözlənilir.

“Report” xəbər verir ki, bunu “SOCAR-Polymer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft emalı və neft-kimya" konfransında bildirib.

Onun sözlərinə görə, ildə 180 min ton polipropilen istehsal edəcək qurğu üzrə işlərin 94,8%-i icra olunub: "Polipropilen qurğusunun detallı mühəndislik işləri 99,99%, satınalma 100%, tikinti işləri isə 89,8% yekunlaşıb. Qurğu gələn ilin may ayında istismara veriləcək".

"SOCAR Polymer"in maliyyə direktoru həmçinin bildirib ki, illik 120 min ton istehsal gücünə malik yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin 81,4%-i icra olunub: "Qurğunun mühəndislik işləri 99,4%, satınalma 99,6%, tikinti işləri isə 62,3% yerinə yetirilib. Yüksək sıxlıqlı polietilen qurğusunun gələn ilin III rübündə istismara veriləcəyi gözlənilir".

F.Əhmədov Sumqayıt Kimya Sənayesi Parkında yerləşən zavodların geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və digər güzəştlər əldə etdiyini və buna görə də 100 mln. dollara qənaət edildiyini bildirib.

O həmçinin əlavə edib ki, "SOCAR Polymer" layihəsi büdcə çərçivəsində irəliləyir.

Son xəbərlər

Orphus sistemi