"SOCAR Polymer"in Polipropilen Zavodu iyunda işə düşəcək

"SOCAR Polymer"in Polipropilen Zavodu iyunda işə düşəcək Gələn il isə zavod tam istehsal gücündə çalışacaq
Sənaye
6 Fevral , 2018 12:10
SOCAR Polymerin Polipropilen Zavodu iyunda işə düşəcək
Report/ Firi Salim

Bakı. 6 fevral. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan "SOCAR Polymer"in polipropilen istehsalı qurğusu bu ilin II rübündə, iyun ayında istehsala başlayacaq.

"Report" xəbər verir ki, bunu "SOCAR Polymer" MMC-nin planlama şöbəsinin müdiri Vüqar Aslanov bildirib.

Onun sözlərinə görə, sınaq-sazlama işlərinə aprel ayında başlanacaq: "Hazırda polipropilen qurğusu üzrə ümumi işlərin 97,2%-i icra olunub. Detallı mühəndislik işləri 99,9%, satınalma işləri 100%, istehsalat və çatdırılma 99,6%, tikinti işləri 93,4% tamamlanıb".

V.Aslanov qeyd edib ki, oktyabr ayından noyabrın 15-dək zavodda planlı dayanma olacaq: "Buna səbəb müəssisəni xammala təmin edəcək "Azərikimya"nın Etilen-Polietilen Zavodunda planlı dayanma işlərinin həyata keçirilməsidir".

"SOCAR Polymer" rəsmisinin sözlərinə görə, bu il Polipropilen Zavodunda 70-71 min ton polipropilen istehsalı nəzərdə tutulur. O həmçinin əlavə edib ki, gələn il isə zavod tam istehsal gücündə çalışacaq və 180 min ton məhsul istehsal olunacaq.

Son xəbərlər

Orphus sistemi