“SOCAR-GPC” layihəsinin EPC podratçısının seçimi yekunlaşmaq üzrədir

“SOCAR-GPC” layihəsinin EPC podratçısının seçimi yekunlaşmaq üzrədir Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksi - SOCAR-GPC layihəsinin EPC podratçısının seçimi proseduru yekunlaşmaqdadır.
Sənaye
20 Noyabr , 2018 17:55
“SOCAR-GPC” layihəsinin EPC podratçısının seçimi yekunlaşmaq üzrədir

Bakı. 20 noyabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksi - SOCAR-GPC layihəsinin EPC podratçısının seçimi proseduru yekunlaşmaqdadır".

“Report” xəbər verir ki, bunu SOCAR-ın Rusiyadakı törəmə şirkəti “SOCAR-Rus”un biznesin inkişafı üzrə meneceri Kirill Maksimov “Rusiya polimerləri 2018” tədbirində bildirib.

O qeyd edib ki, SOCAR yeni kompleksdə istehsal ediləcək propilenin bir hissəsini “SOCAR Polymer”in polipropilen zavoduna yönəltmək və 2022-ci ilə polipropilen istehsalını 210 min tona artırmaq niyyətindədir.

“SOCAR-Rus” şirkətinin rəsmisinin sözlərinə görə, 2022-ci ilə SOCAR-ın poliolefinlər istehsalı gücü 1,5 mln. ton olacaq.

Qeyd edək ki, SOCAR-GPC qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd.kubmetr) nəzərdə tutulub. Kompleksdə həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten - 1,21 min ton heksen - 1 istehsalı planlaşdırılır. Yeni müəssisədə “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin texnologiyalarından istifadə ediləcək.

Sumqayıtda inşa olunan və bu il iyulun 18-də açılışı keçirilən “SOCAR Polymer”in polipropilen zavodunun illik istehsal gücü 184 min ton təşkil edir.

Son xəbərlər

Orphus sistemi