Şahin Mustafayev: “Ötən il regionların inkişafına 4,5 mlrd. manat vəsait yönəldilib”

Şahin Mustafayev: “Ötən il regionların inkişafına 4,5 mlrd. manat vəsait yönəldilib” Bakı. 12 fevral. REPORT.AZ/ 2017-ci ildə regionların inkişafına 4,5 mlrd. manat vəsait yönəldilib, dövlət başçısı bölgələrə etdiyi 30-dan çox səfər çərçivəsində müxtəlif təyinatlı 130-dək obyektlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Sənaye
12 Fevral , 2018 19:24
Şahin Mustafayev: “Ötən il regionların inkişafına 4,5 mlrd. manat vəsait yönəldilib”

Bakı. 12 fevral. REPORT.AZ/ "2017-ci ildə regionların inkişafına 4,5 mlrd. manat vəsait yönəldilib, dövlət başçısı bölgələrə etdiyi 30-dan çox səfər çərçivəsində müxtəlif təyinatlı 130-dək obyektlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib".

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir Şahin Mustafayev deyib.

Ş.Mustafayev qeyd edib ki, dövlət başçısının imzaladığı 74 sərəncamla şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 368 mln. manat vəsait ayrılıb. Ümumilikdə, 2004-2017-ci illərdə regionların inkişafına 67,5 mlrd. manat (77,8 mlrd. dollar) vəsait yönəldilib:

“Otən il 1300 km-ə yaxın avtomobil yolu, 24 körpü və yolötürücüsü tikilib və ya təmir olunub. 863 km kənd yolu inşa olunub, 3 su və 1 günəş elektrik stansiyası, 1500-dən çox transformator və 56 yarımstansiya istifadəyə verilib. Həmçinin 2100 km-dən çox qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 20 rayon üzrə 67 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 93%-ə çatdırılıb. Həmçinin regionlarda 1200 km-dən çox su, 383 km kanalizasiya xətti çəkilib, 38 içməli su artezian quyusu qazılıb və ya təmir olunub, 29 su anbarı inşa edilib, 103 yaşayış məntəqəsində modul tipli sutəmizləyici quraşdırılıb, suvarma üçün 248 subartezian quyusu qazılıb. Bundan əlavə, regionlarda 121 məktəb, o cümlədən 106 modul tipli məktəb, 22 uşaq bağçası, 22 səhiyyə, 6 idman, 37 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub, 2300 məcburi köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb”.

Son xəbərlər

Orphus sistemi