Rusiyanın sənaye və ticarət naziri Azərbaycana səfər edəcək

Rusiyanın sənaye və ticarət naziri Azərbaycana səfər edəcək Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib
Sənaye
1 Sentyabr , 2015 20:19
Rusiyanın sənaye və ticarət naziri Azərbaycana səfər edəcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ Rusiyanın sənaye və ticarət naziri Denis Manturov yaxın vaxtlarda Azərbaycana səfər edəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Azərbaycana rəsmi səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

"İki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Hökumətlərarası komissiya fəaliyyət göstərir, Azərbaycana sənaye və ticarət nazirimiz Denis Manturovun səfəri gözlənilir. Azərbaycandan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına göndərilməsinin həcminin artması bizi sevindirir", - S.Lavrov deyib. 

Rusiya XİN rəhbəri həmçinin ölkəsinin nəqliyyat şirkətlərinə beynəlxalq yükdaşımaların həcminin artırılmasına imkan yaratdığına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. 

Son xəbərlər

Orphus sistemi