Rusiya Azərbaycandan polipropilen idxalını 3 dəfəyədək artırıb
- 31 mart, 2022
- 13:01
Azərbaycan 2022-ci ilin yanvarında 10,31 milyon ABŞ dolları dəyərində 6 min 501,5 ton polipropilen (ilkin formalarda) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 % coxdur, kəmiyyət olaraq – 31,6 % azdır.
Azərbaycan Rusiyaya 8,89 milyon ABŞ dolları dəyərində 5 min 589,5 ton, Qazaxıstana 1,27 milyon ABŞ dolları dəyərində 799,5 ton və Türkiyəyə 141,49 min ABŞ dolları dəyərində 112,5 ton məhsul satıb.
Ötən ilin ilk ayı ilə müqayisədə Rusiyaya ixrac müvafiq olaraq 4,2 dəfə və 2,7 dəfə artıb, Türkiyəyə - 98 % və 98,3 % azalıb. 2021-ci ilin yanvar ayında Azərbaycan Qazaxıstana polipropilen tədarük etməyib.
Hesabat dövründə ölkəyə xaricdən 2,02 milyon ABŞ dolları dəyərində 1 min 167,6 ton polipropilen gətirilib ki, bu da 2021-ci ilin yanvar ayının göstəricilərindən müvafiq olaraq 64,1 % və 17,2 % çoxdur.
Koreyadan 1,39 milyon ABŞ dolları dəyərində 738 ton, İrandan 495,32 min ABŞ dolları dəyərində 345,85 ton, Səudiyyə Ərəbistanından 79,92 min ABŞ dolları dəyərində 57,5 ton, İtaliyadan 51,98 min ABŞ dolları dəyərində 24,75 ton, Çindən 4,87 min ABŞ dolları dəyərində 1,5 ton məhsul alınıb.
2021-ci ilin ilk ayı ilə müqayisədə Koreyadan idxal müvafiq olaraq 2,8 dəfə və 80,9 % artıb, İrandan – 5,4 dəfə və 3,9 dəfə artıb, Səudiyyə Ərəbistanından – 85,6 % və 86,9 % azalıb. Ötən ilin yanvarında Azərbaycana İtaliya və Çindən polipropilen gətirilməyib.