“AzerGold” bu il 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edib

“AzerGold” bu il 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edib Bakı. 27 dekabr. REPORT.AZ/ “AzerGold” QSC 2018-ci ildə 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edib.
Sənaye
27 Dekabr , 2018 15:04
“AzerGold” bu il 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edib

Bakı. 27 dekabr. REPORT.AZ/ “AzerGold” QSC 2018-ci ildə 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edib.

“Report” xəbər verir ki, bu barədə “AzerGold”un rəhbər və işçi heyətinin iştirakı ilə əlvan metalların hasilati ilə bağlı təqdimatda bildirilib.

Təqdimat çərçivəsində Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi, həmçinin Geologiya və dağ-mədən işləri və Əməliyyat bölmələrinin əməkdaşları aparılan hasilat işləri, emal prosesi, “Çovdar” yatağının ehtiyatları, qızıl çıxımı haqqında məlumat veriblər. Bildirilib ki, aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq qırma-ələmə sahəsinin filiz emaletmə  gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb. Eyni zamanda müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30% azaldılaraq hasilatda keçən ilə nisbətən 33% artıma nail olunub. Laboratoriyada aparılan analizlərin dünya standartlarına uyğunlaşdırılması üçün müasir texnologiya olan PAL 1000 sisteminin istifadəsinə başlanılıb.

Daha sonra tədbir hasilat işlərinin daha da optimallaşdırılması, “Çovdar” yatağının istismar müddətinin uzadılması, “Tülallar” və “Ağyoxuş” qızıl təzahürləri sahələrində aparılan işlər, 2019 və 2020-ci illər üzrə istehsalat proqnozları ətrafında geniş müzakirələrlə davam edib. 

Son xəbərlər

Orphus sistemi