Bakı. 25 fevral.
"Report" "Petkim"in rəsmi saytına istinadən xəbər verir ki, fəaliyyət göstərdiyi neft-kimya sektorunda bir çox sahədə olduğu kimi inteqrasiya olunan idarəçilik sistemi ilə fərqlənən "Petkim" aldığı TSE sənədi ilə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, təhlili və risklərlə əlaqədar tədbirlər sahəsində sistematik bir struktur olduğunu isbat edib. "Petkim" Türkiyədə bu sənədi alan 7-ci şirkət olmaqla yanaşı istehsalçı şirkətlər arasında 4-cü olub.
"Petkim"in baş direktoru Anar Məmmədovun sözlərinə görə, "əməliyyat və maliyyə baxımından yüksək riskli bir sahədə çalışırıq. Risklərin azaldılması və risklərin idarə olunmasını şirkətin istənilən səviyyəsində effektiv şəkildə yaratmağa böyük diqqət ayırırıq. Bunun üçün də risklərin idarə olunmasını bir mədəniyyət halına gətirən işlər görürük".