“Petkim” nizamnamə kapitalının artırılması ilə bağlı Sərmayə Bazarı Qurumuna müraciət edib

“Petkim” nizamnamə kapitalının artırılması ilə bağlı Sərmayə Bazarı Qurumuna müraciət edib Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” nizamnamə kapitalının 28% artırılması qərarı çərçivəsində Türkiyənin Sərmayə Bazarı Qurumuna müraciət edib.
Sənaye
16 May , 2019 15:38
“Petkim” nizamnamə kapitalının artırılması ilə bağlı Sərmayə Bazarı Qurumuna müraciət edib

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” nizamnamə kapitalının 28% artırılması qərarı çərçivəsində Türkiyənin Sərmayə Bazarı Qurumuna müraciət edib.

“Report” xəbər verir ki, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.

Qeyd edək ki, aprelin 29-da şirkətin ümumi yığıncağında nizamnamə kapitalının 28% artırılaraq 1,650 mlrd. lirədən 2,112 mlrd. lirəyə çatdırılması qərara alınıb. Məlumata görə, 462 mln. lirə məbləğindəki artım əvvəlki illərin mənfəəti hesabına qarşılanacaq.

SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir. "Petkim"in qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.

Son xəbərlər

Orphus sistemi