"Petkim"in gəlirləri 5 dəfə artıb

"Petkim"in gəlirləri 5 dəfə artıb Rövnəq Abdullayev: "Şirkətin aktivlərini 3,7 dəfə, səhmdar kapitalını isə 2,6 dəfə artıra bilmişik"
Sənaye
16 Noyabr , 2017 13:15
Petkimin gəlirləri 5 dəfə artıb
SOCAR prezidenti Rövnəq Abdullayev / Report/ Elshan Baba

Bakı. 16 noyabr. REPORT.AZ/ "Petkim Holding"in gəlirləri 2008-2016-cı illər ərzində 4,8 dəfə artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) Bakıda təşkil etdiyi işgüzar naharda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

"Şirkətin aktivlərini 3,7 dəfə, səhmdar kapitalını isə 2,6 dəfə artıra bilmişik. Bu ilin 9 ayı ərzində "Petkim"in xalis mənfəəti 1,027 mlrd. lirə (266 mln.dollar) olub ki, bu da 2016-cı ilin analoji dövründən 169% çoxdur", - deyə SOCAR rəhbəri əlavə edib.

Qeyd edək ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.

Son xəbərlər

Orphus sistemi