Bakı. 26 noyabr. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi “Petkim”də oktyabrın 1-dən həyata keçirilən planlaşdırılmış texniki xidmət işləri yekunlaşıb.
“Report” xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.
“İstehsalat kompleksimizdə hər 4 ildən bir həyata keçirilən geniş texniki xidmət işləri tamamlanıb və bu işlər çərçivəsində istehsalatda dayandırmalar başa çatıb”,- məlumatda qeyd edilib.
Qeyd edək ki, “Petkim” sentyabrın 20-də məlumat yaymışdı ki, oktyabrın 1-dən 63 günlük planlaşdırılmış texniki xidmət işləri başlayacaq.
Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.