Pakistan şirkəti Pirallahı Sənaye Parkında əczaçılıq zavodu tikmək istəyir

Pakistan şirkəti Pirallahı Sənaye Parkında əczaçılıq zavodu tikmək istəyir Pakistanın əczaçılıq sahəsində fəaliyyət göstərən "Searl" şirkəti Pirallahı Sənaye Parkında zavod inşa etmək niyyətindədir.
Sənaye
3 Noyabr , 2023 12:10
Pakistan şirkəti Pirallahı Sənaye Parkında əczaçılıq zavodu tikmək istəyir

Pakistanın əczaçılıq sahəsində fəaliyyət göstərən "Searl" şirkəti Pirallahı Sənaye Parkında zavod inşa etmək niyyətindədir.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən gün qurumda "Searl"ın baş icraçı direktoru Səid Nadem Əhməd və Pakistanın "Mercury ME DMCC" şirkətinin baş icraçı direktoru Yusif Asifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Agentliyin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov nümayəndə heyətinə ölkəmizdə mövcud sənaye parkları, burada sahibkarlar üçün yaradılan investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib. S.N.Əhməd Pirallahı Sənaye Parkında investorlar üçün yaradılan biznes imkanlarından yararlanmaqla dərman vasitələrinin istehsalı müəssisəsinin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi