Ötən il Azərbaycan polipropilen ixracından gəlirini 86 % artırıb
- 31 yanvar, 2022
- 08:50
2021-ci ilin dekabr ayında Azərbaycan 15,7 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Sənədə əsasən, bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 7,5 milyon ABŞ dolalrı və ya 91,5 % çoxdur.
2021-ci il ərzində Azərbaycan 120 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da 2020-ci ilin göstərəciləri ilə müqayisədə 55,5 milyon ABŞ dolları və ya 86,04 % çoxdur.
Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.