​"Neste Jacob Oy" Azərbaycanda filial açıb

​"Neste Jacob Oy" Azərbaycanda filial açıb Şirkətin qanuni təmsilçisi Finlandiya vətəndaşıdır
Sənaye
26 Avqust , 2015 13:33
​Neste Jacob Oy Azərbaycanda filial açıb

Bakı. 26 avqust. REPORT.AZ/ Finlandiyanın "Neste Jacob Oy" şirkəti Azərbaycanda filial açıb. "Report"un məlumatına görə, şirkət artıq Vergilər Nazirliyində qeydiyyatdan keçib.

Hüquqi ünvanı Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ("Caspian Plaza") olan şirkətin qanuni təmsilçisi Finlandiya vətəndaşı Takkala Risto Tapiodur.

Qeyd edək ki, 60 ildən çoxdur fəaliyyət göstərən "Neste Jacob Oy" əsasən sənayenin neft və qaz, neft-kimya, biokimya və başqa sahələri üzrə ixtisaslaşıb. 

Xatırladaq ki, bu ilin may ayında Helsinkidə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Neste Jacobs Oy” şirkəti arasında Karbamid Zavodu Layihəsi üzrə layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinə dair müqavilə imzalanıb. Azot gübrəsi-karbamid istehsalı zavodunun layihəsi Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına (2008-2015-ci illər) uyğun olaraq, 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi Terminalı vasitəsilə dünya bazarına ixrac ediləcək. Zavodun 2017-ci ildə tam istismara verilməsi nəzərdə tutulub. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi