Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodu böyük ixrac potensialına, eyni zamanda müəssisə ətrafında sənaye klasterlərinin yaradılması potensialına malikdir.
“Report” xəbər verir ki, bunu “Azərbaycanda emal sənayesinin inkişafında yerli istehsalın dəstəklənməsi” mövzusunda Bakıda keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
O qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri müəssisənin sabit, dayanıqlı fəaliyyətindən ibarətdir. "Ola bilər ki, Azərbaycanda metanol istehlakçısı azdır. Amma onun əsasında emal sənayesi yaratmaqla sayı artıra bilərik".
Nazir müavini Azərbaycanda emal sənayesi sahəsində görülən işlərdən də danışaraq qeyd edi b ki, emal sənayesinin inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülüb.