Mikayıl Cabbarov: "Qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib"

Mikayıl Cabbarov: "Qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib" Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib.
Sənaye
7 Dekabr , 2023 11:01
Mikayıl Cabbarov: Qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib

Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində bildirib.

Nazir qeyd edib ki, bu layihə Azərbaycanla Türkiyə arasında hərtərəfli münasibətlərin daha bir təzahürüdür, türk şirkətinin ölkəmizə birbaşa sərmayəsidir.

"Dərman istehsalı hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. İstənilən resurs tükənəndir. Yalnız insan kapitalına əsaslanaraq bu hüdudları genişləndirmək olar. Bu müəssisənin fəaliyyəti sektorun inkişafına yönəlmiş addımdır. Biz bunu səmimi qəlblə qəbul edirik", - deyə o əlavə edib.

"Pirallahı Sənaye Parkında geniş vergi və gömrük güzəştləri tətbiq edilib. Həm infrastruktur təminatına görə, həm də yerləşməsinə görə layihənin qısa müddətdə həyata keçirilməsi mümkün olacaq. İstehsal olunan dərmanlar həm ölkənin daxili tələbatının ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulur. Bu layihə ölkədə biznes və investisiya mühitinin olduğunu göstərir. Digər tərəfdən Azərbaycanın qonşu dövlətlərlə ticarət sazişləri imzalaması ölkədə yerli və xarici sərmayələrin yatırılması vasitəsilə xarici bazarlara maneəsiz çıxışı təmin edir. Biz keyfiyyətli dərmanların daxili tələbatımız üçün istifadəsinin təşviqinin həyata keçirilməsinə bütün dəstəyi verəcəyik", - deyə nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi