Yuxarı

Masallıda sərgi-satış mərkəzi açılıb - FOTO

​Masallıda sərgi-satış mərkəzi açılıb

Bu gün Masallıda mebel məhsullarının sərgi-satış mərkəzi açılıb.

"Report" xəbər verir ki, 1200 kv. metr sahədə yaradılmış mərkəzdə müxtəlif çeşidli mebel dəstləri, yataq, mətbəx mebelləri, stol və masalar, divan, mebel aksesuarları və s. nümayiş olunur.

Açılış mərasimində İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Allahverdi Paşayev, “Təmiz Şəhər” ASC-nin sədri Etibar Babayev, Milli Məclisin deputatı Ziyad Səmədzadə iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi