Yuxarı

İran Azərbaycana sement ixracını artırmaqda maraqlıdır

Son illər ixracın azalması Azərbaycanda sement zavodlarının açılması və istehsalın artması ilə bağlıdır

Sari, İran. 15 aprel. REPORT.AZ/ İranın Mazandaran vilayətində fəaliyyət göstərən sement zavodu Azərbaycana məhsul ixracını artırmaq niyyətindədir. "Report" xəbər verir ki, bunu İranda səfərdə olan Azərbaycan jurnalistlərinə açıqlamasında Mazandaranın "Neka" sement zavodunun direktor müavini Bəhram Lətifi deyib.

B.Lətifi qeyd edib ki, İran tərəfi bu sahədə Azərbaycanla əməkdaşlıqdan məmnundur. Buna baхmayaraq ki, "Neka" şirkəti Azərbaycanla yanaşı Qazaxıstan, Türkmənistan, Rusiya və digər ölkələrə sement ixracını genişləndirməyə çalışır. "Artıq 5 ildir ki, Azərbaycanla əməkdaşlıq edirik və ildə bu ölkəyə 680-700 min ton sement və klinker ixrac edirik. Ötən il Azərbaycana 680 min ton məhsul ixrac etmişik, bu da əvvəlki illərlə müqayisədə daha azdır, bunun da səbəbi Azərbaycanda sement zavodlarının açılması və istehsalın artması ilə bağlıdır".

Direktor müavini əlavə edib ki, zavodun istehsal etdiyi məhsullar beynəlxalq standartlara cavab verir və buna görə də Azərbaycan tərəfi bu məhsula maraq göstərir: "Azərbaycanlı iş adamları bizdən məhsulları açıq və kisə formada, əsasən M400 və M500 növündə olan sementi alırlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi