Hindistan şirkətləri koronavirus üçün sürətli test istehsalına başlayacaq

Hindistan şirkətləri koronavirus üçün sürətli test istehsalına başlayacaq Hindistanın üç şirkəti antikorların aşkarlanması əsasında koronavirusun olub-olmadığını müəyyənləşdirən sürətli testlərin hazırlaması üçün lisenziya əldə edib.
Sənaye
16 Aprel , 2020 11:23
Hindistan şirkətləri koronavirus üçün sürətli test istehsalına başlayacaq

Hindistanın üç şirkəti antikorların aşkarlanması əsasında koronavirusun olub-olmadığını müəyyənləşdirən sürətli testlərin hazırlaması üçün lisenziya əldə edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Qeyd olunub ki, Hindistan Tibb Tədqiqatları Şurası təqdim olunmuş sınaq nümunələrini yoxladıqdan sonra şirkətlərə istehsal icazəsi verib. Bunlar özəl “Vanguard Diagnostics” (Nyu Delhidə) və “Voxtur Bio Limited” (Qucaratda) şirkətləri və Kerala əyalətindəki “HLL Lifecare Limited” dövlət şirkətidir.

Hazırda istifadə olunan PZR (Polimeraz zəncir reaksiyası) metodu nəticəni 5 saata verirsə, istehsal olunacaq yeni test dəstləri ilə bu cavabı 30 dəqiqədə ərzində almaq mümkün olacaq.

Qeyd edək ki, son məlumatlara görə, Hindistanda təxminən 12,4 min nəfər koronavirusa yoluxub, 423 nəfər virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı artıq 2 milyonu ötüb. Bunların təxminən 515 min nəfəri sağalıb, 135 min nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi