Daha 3 ölkə Azərbaycandan metanol almağa başlayıb
- 26 yanvar, 2022
- 08:26
2021-ci ilin 11 ayı ərzində Azərbaycan 76,117 milyon ABŞ dolları dəyərində 314 min 132 ton metanol (metil spirti) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə tədarük dəyər ifadəsində 65,27 % artıb, kəmiyyət olaraq – 27,25 % azalıb.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 33,565 milyon ABŞ dolları dəyərində 138 min 888,6 ton, Niderlanda 12,508 milyon ABŞ dolları dəyərində 52 min 763,4 ton, Rumıniyaya 7,732 milyon ABŞ dolları dəyərində 30 min 207,65 ton, İsrailə 7,595 milyon ABŞ dolları dəyərində 30 min 978,35 ton, İtaliyaya 3,892 milyon ABŞ dolları dəyərində 18 min 248,6 ton, Sloveniyaya 3,694 milyon ABŞ dolları dəyərində 18 min 469 ton, İspaniyaya 3,299 milyon ABŞ dolları dəyərində 10 min 310,5 ton, Britaniyaya 2,109 milyon ABŞ dolları dəyərində 8 min 111,85 ton, Hindistana 1,723 milyon ABŞ dolları dəyərində 6 min 154,05 ton məhsul satıb.
2020-ci ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə ixrac müvafiq olaraq 69,5 % artıb və 26,22 % azalıb, Niderlanda 3,1 dəfə və 41,85 % artıb, Rumıniyaya 61,64 % artıb və 31,59 % azalıb, İsrailə 3,4 dəfə və 50,88 % artıb, İtaliyaya 56,12 % və 21,77 % azalıb, İspaniyaya 8,1 dəfə və 2,5 dəfə artıb. Üçillik fasilədən sonra Sloveniyaya tədarük bərpa olunub. Ötən il ilk dəfə olaraq Azərbaycan Britaniyaya və Hindistana metanol satmağa başlayıb.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 10,72 min ABŞ dolları dəyərində 1,71 ton metanol alıb. Bu məhsul Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Norveç və Türkiyədən tədarük edilib.