Yuxarı

Zakir İbrahimov: "Çovdar" yatağının resurslarının artırılması üzrə işlər yekunlaşır"

"Çovdar" yatağın resurslarının artırılması üzrə işlər yekunlaşdırılır

170

© Report / Elchin Murad — Zakir İbrahimov

2021-ci ildə "Çovdar" yatağının cinahları, yəni “AzerGold”un geoloqları tərəfindən kəşf edilən "Ağyoxuş" və "Mərəh" sahələrinin istismara verilməsi planlaşdırılır.

“Report”un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

O məlumat verib ki, "Ağyoxuş" yatağının resurs potensialı 40 min unsiya qızıl olaraq hesablanıb: “Hazırda yatağın açıq üsulla istismarı layihəsi çərçivəsində mədən dizaynı hazırlanır. Mərəh sahəsinin isə ilkin kəşfiyyat işləri müsbət nəticələnib və ehtiyatların dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri davam etdirilir. Növbəti mərhələdə ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi üzrə işlər davam etdiriləcək”.

Z. İbrahimov deyib ki, Göygöl rayonunda yerləşən və potensial resursları 500 min unsiya qızıl olaraq qiymətləndirilən "Tülallar" yatağının şimal hissəsində hasilat işlərinə start vermək üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri bu il də sürətlə davam etdiriləcək: “Tülallar" sahəsinin cənub hissəsində isə resursların artırılması üzrə əlavə buruq-qazma işləri sona çatdırılıb. Cari ilin ikinci rübündə yatağın resurslarının hesablanması, təsdiqlənməsi, metallurji sınaqların aparılması və mədən planının hazırlanması işləri yekunlaşdırılacaq. Bundan başqa, "Çovdar" yatağın 2024-cü ildə yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulub. Yatağın sulfid fazası üzrə təsdiqlənmiş resursları 350 min unsiya qızıl və 925 min unsiya gümüş təşkil edir. Hazırda resursların artırılması istiqamətində əlavə buruq-qazma işləri yekunlaşdırılmışdır, resursların hasilat səmərəliliyinin qiymətləndirilməsi həyata keçirilməkdədir. Cari ilin sonuna qədər yatağın sulfid fazası üzrə detallı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması gözlənilir”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi