Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını artırıb

Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını artırıb Bakı. 18 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın Anglo-Asian Mining Plc. şirkətinin hasilatı 22% artaraq 37 349 unsiya qızıl ekvivalenti olub.
Sənaye
18 İyul , 2018 10:25
Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını artırıb
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin hasilatı 22% artaraq 37 349 unsiya qızıl ekvivalenti olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.

İlin I yarısında qızıl hasilatı 33 255 unsiya, mis hasilatı 587 ton, gümüş hasilatı isə 84 785 unsiya təşkil edib. Qızıl hasilatında 43% artım, gümüş və mis hasilatında isə müvafiq olaraq 0,35% və 55,6% azalma qeydə alınıb.

Hesabata əsasən, bu ilin II rübündə 19 042 unsiya qızıl ekvivalentində məhsul istehsal olunub. Bu isə rüblük müqayisədə 4%, ilik müqayisədə isə 19% artımdır. II rübdə qızıl hasilatı illik müqayisədə 38% artaraq 16 764 unsiya, mis hasilatı 53,6% azalaraq 332 ton, gümüş hasilatı isə 3% azalaraq 44 201 unsiya təşkil edib.

Bu ilin II rübündə şirkət 10 822 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 307 dollar təşkil edib. Ötən ilin II rübündə isə satışın həcmi 7 406 unsiya, qiyməti isə 1 258 dollar/unsiya olub.

Hesabat dövründə şirkətin borcu 7,5 mln. dollardan 2,9 mln. dollara düşüb.

Qeyd edək ki, “Anglo Asian Mining” 2018-ci ildə Gədəbəy rayonu ərazisindəki yataqlardan 78-84 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırır. Bu ilin proqnozu ötən ilin hasilatından orta hesabla 13% artıqdır. Bu il 64-70 min unsiya qızıl, 2 100-2 300 ton mis hasilatı proqnozlaşdırılır.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. 

Son xəbərlər

Orphus sistemi