“Borjomi”nin istehsalının bərpası gözlənilir

“Borjomi”nin istehsalının bərpası gözlənilir “Ümid edirəm ki, bir neçə gündən sonra “Borjomi” şirkətinin fəaliyyətinin bərpasına imkan verəcək konkret dəyişikliklər baş verəcək”.
Sənaye
17 May , 2022 13:56
“Borjomi”nin istehsalının bərpası gözlənilir

“Ümid edirəm ki, bir neçə gündən sonra “Borjomi” şirkətinin fəaliyyətinin bərpasına imkan verəcək konkret dəyişikliklər baş verəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib.

Onun sözlərnə görə, ən önəmli məsələ şirkətin tam olaraq fəaliyyət göstərə bilməsidir: “Gürcüstan hökuməti bu istiqamətdə işlərə çoxdan başlayıb. Biz şirkətin beynəlxalq sanksiya predmetinin olmaması üçün həm səhmdarlar və beynəlxalq tənzimləyicilərlə iş aparırıq”.

“IDS Borjomi” şirkətinin iki qablaşdırma zavodunda istehsal prosesi aprelin 30-dan müvəqqəti dayandırılıb. Şirkət səhmlərinin Rusiyaya məxsusluğu səbəbindən sanksiyalar və ciddi maliyyə problemləri ilə üzləşib.

Son xəbərlər

Orphus sistemi