Balaxanı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb

Balaxanı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb Yeni şirkət işlənmiş mühərrik yağları, plastik qablar, avtomobil şinləri, çap-poliqrafiya məhsullarının emalı ilə məşğul olacaq
Sənaye
7 İyun , 2016 10:00
Balaxanı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanda tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkədə "yaşıl" biznesin inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında 4 rezident qeydiyyata alınıb. "Report" xəbər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan müəllif yazısında qeyd edilib.

Onun sözlərinə görə, qeydiyyata alınan rezidentlər işlənmiş mühərrik yağları, plastik qablar, avtomobil şinləri, çap-poliqrafiya məhsullarının emalı sahələri üzrə ixtisaslaşıb.

Qeyd edək ki, parkdakı rezidentlər - “Az.Ekol” MMC butulkaların təkrar emalı sahəsində fəaliyyət göstərəcək. “Ekokat” MMC işlənmiş mühərrik yağlarının təkrar emalı ilə məşğul olacaq. “Eco Tire” MMC isə Bakı şəhəri və regionlarda yük avtomobilləri, avtobuslar, xüsusi təyinatlı avtomobillər, qoşqular və yarımqoşquların təkərlərini soyuq üsulla bərpa edəcək.

Rezidentlər qeydiyyata alındıqdan sonra 7 il müddətinə mənfəət vergisindən (fərdi sahibkarlar isə gəlir vergisindən), torpaq vergisindən, əmlak vergisindən azad ediləcək, sənaye parkında istehsal sahəsinin qurulması və istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV ödəməyəcək.

Son xəbərlər

Orphus sistemi