Bakı ətrafındakı sənaye zonalarında tullantılardan elektrik enerjisi istehsal ediləcək

Sənaye
  • 04 yanvar, 2022
  • 12:32
Bakı ətrafındakı sənaye zonalarında tullantılardan elektrik enerjisi istehsal ediləcək

Hindistanın “Ram Charan” şirkəti bu ilin dekabr ayından etibarən Azərbaycanın Bakı ətrafındakı sənaye zonalarında tullantıların idarə olunması bölmələri yaradaraq, ən azı 200 meqavat elektrik enerjisi istehsal edəcək qurğular quraşdırılacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı, “Ram Charan” və Azərbaycanın “Kafkans Finanz” şirkətləri arasında 700 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Məlumata görə, müqavilə, “Ram Charan” şirkətinin logistika, infrastruktur və idxalla məşğul olan Azərbaycan şirkətinə enerji istehsal edəcək bloklarında sadə sənaye tullantıları təmizləyəcək 2 000 ton tutumlu 20 qurğunun tədarükünü, həmçinin tullantıların idarə edilməsi bölmələrinin yaradılmasını nəzərdə tutur.

Şirkət açıqlamasında bildirib ki, sənaye tullantılarının idarə olunmasına və sənaye zonalarında əhəmiyyətli miqdarda enerjinin qaytarılmasına kömək etmək üçün Azərbaycanın inkişaf etməkdə olan sənaye ərazilərində bu yüksək keyfiyyətli tullantıların idarə edilməsi bölmələrini inşa edərək istismara verəcək.

Köhnə İpək Yolunun üzərində yerləşən inkişaf etməkdə olan Azərbaycan bu texnologiyanın tətbiq olunması ilə regionda sənaye artımına böyük dəstək verəcək.

Şirkətin direktoru və təsisçisi Kauşik Paliça bildirib ki, bu sifarişi 2023-cü ilin ortalarına qədər yerinə yetirilməsi nəzərdə tutulur.

“Ram Charan” şirkəti həmçinin 300 meqavat elektrik enerjisi istehsal edəcəyi gözlənilən Qana mərkəzli "Masri" şirkəti ilə enerji bloklarına tullantıların tədarükü üzrə 2,2 milyard ABŞ dollarlıq müqavilə imzalayıb.

Onun sözlərinə görə, Qana şirkətinə tədarük 2022-ci ilin noyabrından başlanacaq, Azərbaycan şirkətinə tədarük isə 2022-ci ilin dekabrından başlanacaq, çünki təklif olunan istehsal obyektlərinin bu ilin III rübündə işə salınması gözlənilir.

“Qana və Azərbaycan sövdələşmələri arasında böyük qiymət fərqi, vahidlərin sayı və tutumundan, eləcə də tullantıların təbiətindən asılıdır.

Azərbaycan üçün 2 000 ton tutumlu 20 qurğunun tədarükü olduğu halda, Qana üçün isə bu göstərici, 5 000 ton tutumlu 43 qurğudur və Afrika ölkəsində yüksək dərəcədə çirklənmiş boksit və kobalt mədənləri nəzərə alındıqda tullantılar mürəkkəbdir”,- deyə K.Paliça bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti