“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin nizamnamə kapitalı 450 121 manat və yaxud 0,3 % artırılıb.
"Report" xəbər verir ki, şirkətin kapitalı 133 285 834 manatdan 133 735 955 manata çatdırılıb.
Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.